Miri Yusif etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Miri Yusif etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Aralık 2013 Cumartesi

Miri Yusif - Məktub




          Tüm Paylaşımları Twitter'dan ve Facebook'tan Takip Et 

Lyrics:

Yoxdu ömürdə böhtan,elə böhrandı
Yoxdu ömürdə son hər şey doğulandı
Sənsizlə boş qalmışam
Səninlə yorulmuşam
Heç vaxt oyanmayan hal o da oyandı

Məndən sonra sən qalsan davam gözəldi
Gözlər yagışla dolsa demək özəldi
İllərin Yorğunuyam
Sirrlərin yorğanıyam
Bizim bu saf eşqimiz ölümdən əzəldi

Sözümə inan balam sözümə inan
Sözümdə nə quş var nə də ki ilan,
Sözümə inan balam sözümə inan

Sözümə inan balam sözümə inan
Qanadları yalvaran dövranı viran
Sözümə inan balam sözümə inan

İmanla sirdaşıyam ömrüm tufandı
Gümanla həmyaşlıyam gözüm dumandı
Kölgə ilə dostlaşmışam
Döngəyə qoşulmuşam
Tənhalıq sərhədində quyum zəhərdi

Hardasan ey vərdişim həyatım hardasan
Bu məktubu yolladım küləklə duyasan
Yarpagla bir solmuşam
Torpaqla bir olmuşam
Bizim bu son zəngimiz ölümdən əzəldi

                                 Twitter'dan Takip Et

                                Facebook'tan Takip Et

                           Anasayfaya Dön/Homepage

17 Eylül 2013 Salı

Miri Yusif və Zülfiyyə Xanbabayeva - İki Doğma İnsan




          Tüm Paylaşımları Twitter'dan ve Facebook'tan Takip Et

Şarkı Sözü:

Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? 
Heç olubmu söyləmisən əlvida ? 

De, olubmu quş olub səmalara uçmaq arzun? 
De, olubmu tək qalmısan dünyada? 

Gözlərimdə qəm, 
Sənə danışım dərdlərimdən, 
Məni dinlə, 
Ol mənə həmdəm. 

Dostum, heç olubmu haqsızlıq önündə sadəcə susdun? 
Heç olubmu keçmişin boz vərəqlərini pozdun? 
Xəbərin de varmı heç? arxaya bax, bir ömür ötdu... 
Dostum, ora kimlər gəlib - kimlər getdi. 

Heç olubmu həsrətin oxlarına tuş gəlmisən? 
Heç olubmu düşünmüsən keçəcək...? 

De mənə, de, heç olubmu bir anlıq kövrəlmisən, 
Biləndə ki, burdan hamı köçəcək?

Gözlərimdə qəm, 
Sənə danışım dərdlərimdən, 
Məni dinlə, 
Ol mənə həmdəm. 

Dostum, heç olubmu haqsızlıq önündə sadəcə susdun? 
Heç olubmu keçmişin boz vərəqlərini pozdun? 
Xəbərin de varmı heç? arxaya bax, bir ömür ötdu... 
Dostum, ora kimlər gəlib - kimlər getdi. 

                                 Twitter'dan Takip Et

                                Facebook'tan Takip Et

                           Anasayfaya Dön/Homepage